Dünya

Tramp: ABŞ rüsumlardan hər il 1 trilyon dollar gəlir götürəcək

3 oktyabr / 09:47 1 dəq
Tramp yeni1
3 oktyabr / 09:47
Burada sizin reklamınız ola bilər

ABŞ prezidenti Donald Tramp bəyan edib ki, onun tətbiq etdiyi idxal rüsumları ABŞ-a hər il 1 trilyon dollardan çox gəlir gətirəcək.

Bu haqda o “One America News”a müsahibəsində danışıb.

“Rüsumlar yenicə bəhrəsini verməyə başlayır. Nəticədə onlar hər il 1 trilyon dollardan çox olacaq”, Tramp deyib.

Sentyabrın 23-də BMT Baş Assambleyasının 80-ci Sessiyasının Ümumi Müzakirələrində çıxış edən Tramp bəyan edib ki, Vaşinqton ədalətlilik və qarşılıqlılıq prinsiplərinə əməl olunarsa, bütün ölkələrlə ticarət etməyə hazırdır.

Paylaş
Burada sizin reklamınız ola bilər