Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Kateqoriyasız

Subsidiya üçün müraciətlərin müddəti mayda başa çatır

22 aprel / 13:26 3 dəq
2d616ce4 ce9a 3a84 a3a0 7d36119f6a81
22 aprel / 13:26
Burada sizin reklamınız ola bilər

Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) yazlıq əkinlərə və meyvə bağlarına görə subsidiya almaq üçün elektron müraciətin formalaşması davam edir.

Kənd Təsərrüfatı Nazirliyinin yaydığı məlumata görə, aprelin 21-dək EKTİS-də 17 545 fermer 26 161 torpaq sahəsi üzrə yazlıq əkinləri bəyan edib. İndiyədək EKTİS-də ümumilikdə 32 828 hektar yazlıq əkin sahəsi bəyan olunub.

Qeyd edək ki, yazlıq bitkilərə əsasən pambıq, kartof, şəkər çuğunduru, qarğıdalı, günəbaxan, tərəvəz və bostan bitkiləri daxildir.

Yazlıq əkinlərin və meyvə bağlarının EKTİS-də bəyanı prosesi mayın 31-də başa çatacaq. Pambıq, tütün və şəkər çuğunduru üzrə məhsul subsidiyası almaq istəyən fermerlər də öz əkinlərini bu tarixə kimi mütləq bəyan etməlidir. Meyvə bağı sahibləri 31 mayadək EKTİS-də şəxsi kabinetlərinə daxil olaraq əvvəlki illər bəyan etmiş olduqları bağları barədə məlumatları yeniləməli, yeni bağlar salıblarsa, sistemə daxil etməlidir.

İyun ayından etibarən yazlıq əkinlərlə bağlı monitorinqlərə başlanacaq. Monitorinqlər Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli Fərmanı ilə təsdiqlənmiş Subsidiya qaydalarına uyğun olaraq aparılır. EKTİS-də yerləşdirilmiş məlumatlar bir neçə üsulla monitorinq aparmaqla yoxlanılır. Belə ki, əkin sahələri barədə peykdən alınan məlumatlar, yerində monitorinqlər və elektron sistemdə mövcud olan digər sənədlərin çarpazlaşdırılaraq yoxlanması fermerlərin subsidiya müraciətlərinin doğruluğunu qiymətləndirmək imkanı verir. Məlumatlarda heç bir yanlışlıq olmaması, subsidiya müraciətinin tez təsdiqlənməsinə və ödənişlərin dərhal edilməsinə imkan verir.

Yazlıq əkinlərin monitorinqindən sonra nəticələrə uyğun olaraq iyun-iyul aylarında ödənişlər həyata keçiriləcək.

Xatırladaq ki, 2020-ci ildən başlayaraq kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət subsidiyaları Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi onlayn platforması üzərindən müraciət və təsdiq əsasında, istehsalçıların “Fermer Kartı”na köçürməklə verilir.

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı