Bölgə xəbərləri

Tovuzda yaşayış məntəqəsi atəşə tutulub – Video

17 iyul / 13:26 1 dəq
675c8a8c 01f3 32cf 8e8a 17271b4bb8ef
17 iyul / 13:26
Burada sizin reklamınız ola bilər

Ötən gün Ermənistan tərəfindən növbəti dəfə Tovuz rayonunun sərhədə yaxın yaşayış məntəqələri atəşə tutulub.

“Report”un cəbhə bölgəsinə ezam olunan əməkdaşı xəbər verir ki, ermənilərin atdığı mərmi rayonun Vahidli kənd sakini Arif Məmmədovun həyətinə düşüb.

Xoşbəxtlikdən insan təlafatı olmayıb. Lakin ətrafa saçılan mərmilər evə ziyan vurub.

A.Məmmədov deyib ki, düşmən tərəfindən atılan mərmi onun ot tayasına düşüb. O qeyd edib ki, düşən mərmi təxminən onun 5 metr yaxınlığında partlayıb.

A.Məmmədovun sözlərinə görə, möcüzə nəticəsində sağ qalıb.

Paylaş
Burada sizin reklamınız ola bilər