Sosial

Tovuzda su anbarında batan şəxsin meyiti tapılıb – FOTO

27 aprel / 22:34 2 dəq
27 aprel / 22:34
Burada sizin reklamınız ola bilər

Tovuz rayonunda su anbarında batan şəxsin meyiti tapılıb.

Rayonun Yuxarı Öysüzlü kənd sakini, 1950-ci il təvəllüdlü Vidadi Allahverdi oğlu Dilənovun meyiti Vahidli kəndi ərazisində olan Tovuzçay su anbarında tapılıb.

Faktla bağlı araşdırma aparılır.

26 aprel, saat 21:24

Tovuz rayonunda itkin düşən kişinin göldə batmasına dair ehtimallar dəqiqləşib.

1950-ci il təvəllüdlü Dilənov Vidadi Allahverdi oğlunun rayonun Vahidli kəndi ərazisindəki süni göldə (Tovuz çay su anbarı) batdığı məlum olub.

Hazırda onun axtarışları davam edir. Əraziyə Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə qüvvələri cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

 

19:51

Tovuz rayonunda 69 yaşlı kişi itkin düşüb.

Rayonun Yuxarı Öysüzlü kənd sakini, 1950-ci il təvəllüdlü Vidadi Dilənovun rayonun Vahidli kəndi ərazisində olan Qazıqulu gölündə batdığı ehtimal olunur.

Hazırda əraziyə xilasetmə qüvvələri və hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Paylaş
Burada sizin reklamınız ola bilər