Hadisə

Tovuzda körpə qeysəriyyə əməliyyatından sonra ölüb

7 mart / 08:26 1 dəq
67c99d27ecdca67c99d27ecdcb1741266215174b253c3363437902ee8d7a2f377c75
7 mart / 08:26
Burada sizin reklamınız ola bilər

Tovuzda körpə qeysəriyyə əməliyyatından sonra ölüb.

Bu barədə TƏBIB-dən verilən məlumatda bildirilib.

Məlumata görə, martın 4-də saat 17:30 radələrində Gədəbəy rayon sakini 23 yaşlı hamilə Tovuz Rayon Mərkəzi Xəstəxanasına daxil olub. Qeysəriyyə üsulu ilə cinsi kişi, çəkisi 3500 qram, boyu 50 sm olan körpə doğulub: “Uşaq doğularkən ona asfiksiya diaqnozu təyin edilib. Göstərilən bütün zəruri tibbi xidmətlərə baxmayaraq, 5 mart saat 13:30 radələrində körpənin ölüm faktı qeydə alınıb”.

Paylaş
Burada sizin reklamınız ola bilər