Bölgə xəbərləri

Tovuzda “İş həyatında motivasiya” adlı seminar keçirilib – Foto

17 sentyabr / 22:56 1 dəq
IMG 20210917 WA0007
17 sentyabr / 22:56
Burada sizin reklamınız ola bilər

Sentyabrın 17-də Tovuz Gənclər Evi sosial xidmət müəssisəsində uzun müddətdən sonra ilk dəfə canlı təlim keçirib.

“Qərb Xəbər”in məlumatına görə, pandemiya qaydalarına riayət etmək şərti ilə keçirilən təlimdə yalnız Covid pasportu olan gənclər iştirak edib.

“Virtual güc” təşkilatının rəhbəri, pedaqoq, Türkiyə keyfiyyət mükafatları – 2021: “İlin motivatoru” nominasiyasının qalibi Kifayət Ələkbərova gənclər üçün “İş həyatında motivasiya” adlı seminarla çıxış edib.

Təlimdə ümumilikdə 15 nəfər olmaqla Tovuz və yaxın rayonlardan gənclər iştirak edib, təlimin yekununda sertifikatla təmin olunublar.

Paylaş
Burada sizin reklamınız ola bilər