Hadisə

Tovuzda iki avtomobil toqquşub, 3 nəfər xəsarət alıb

17 avqust / 08:59 1 dəq
Car crash qəza
17 avqust / 08:59
Burada sizin reklamınız ola bilər

Tovuz rayonunda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Qerbxeber.com məlumatına görə, iki avtomobilin toqquşması nəticəsində 1969-cu il təvəllüdlü N.Əsədova, 1978-ci il təvəllüdlü İsrail Əliyev və 1987-ci il təvəllüdlü Z.Qasımov müxtəlif bədən xəsarətləri alıblar.

Zərərçəkənlər xəstəxanaya yerləşdirilib, vəziyyətləri kafi qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Paylaş
Burada sizin reklamınız ola bilər