Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Dünya

BMT-dən İmamoğlu ilə bağlı açıqlama: Qalmaqala səbəb olacaq tələb

26 mart / 12:12 2 dəq
Indir (97)
26 mart / 12:12
Burada sizin reklamınız ola bilər

Birləşmiş Millətlər Təşkilatının (BMT) İnsan Haqları Şurası İstanbul Böyükşəhər Bələdiyyəsinin (İBB) sədri Əkrəm İmamoğlu da daxil olmaqla bir çox şəxsin həbs edilməsinə və bu səbəbdən təşkil edilən etirazlara polisin müdaxiləsinə reaksiya verib.

Qerbxeber.com xəbər verir ki, açıqlamada Türkiyədəki mövcud vəziyyətdən narahatlıq ifadə edilərək, həbs edilən jurnalistlərin və etirazçıların azadlığa buraxılması tələb edilib.

“Son bir həftə ərzində demokratik yolla seçilmiş Əkrəm İmamoğlu da daxil olmaqla ən azı 92 nəfərin həbs olunmasından dərin narahatıq. Bu həbslər ümummilli nümayişlərə səbəb oldu və üç şəhərdə qeyri-qanuni etirazlara qadağa qoyuldu.

Etirazlar zamanı azı 9 media işçisi də daxil olmaqla 1000-dən çox insan saxlanılıb. Hüquqlarından qanuni şəkildə istifadə etdiklərinə görə tutulanların hamısı dərhal və qeyd-şərtsiz azad edilməlidir. İttiham olunan şəxslərə ləyaqətlə yanaşılmalı və onların seçdiyi vəkilə müraciət etmək də daxil olmaqla, ədalətli məhkəmə araşdırması üçün tam hüquqlar verilməlidir”, – deyə açıqlamada qeyd olunub.

Həmçinin etirazçılara qarşı qanunsuz güc istifadəsinin də araşdırılmalı olduğu vurğulanıb:

“Biz hakimiyyəti ifadə və sərbəst toplaşmaq azadlığı hüquqlarının beynəlxalq hüquq normalarına uyğun olaraq müdafiəsini təmin etməyə və etirazçılara qarşı qeyri-qanuni güc tətbiqi ilə bağlı iddiaların dərhal və hərtərəfli araşdırılmasını təmin etməyə çağırırıq”.

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı