Bölgə xəbərləri

Tovuzda Gənclər Təşkilatlarının V Konqresi keçiriləcək

28 noyabr / 10:13 1 dəq
16695020713470919619 1000x669
28 noyabr / 10:13
Burada sizin reklamınız ola bilər

Dekabrın 8-dən 10-dək Gənclər Paytaxtı Tovuz şəhərində Gənclər Təşkilatlarının V Konqresi təşkil olunacaq.

“Qərb Xəbər” Gənclər və İdman Nazirliyinin saytına istinadla xəbər verir ki, konqres nazirliyin, Gənclər Fondunun və Gənclər Təşkilatları Milli Şurasının birgə təşkilatçılığı ilə keçiriləcək.

Artıq 5-ci dəfə təşkil olunan konqres gənclər təşkilatlarının yeni tərəfdaşlıq əlaqələri qurmalarına dəstək olmaq, gənclərlə iş və gənclər siyasəti ilə bağlı aktual mövzular haqqında fikir mübadiləsi aparmaq və gənclər təşkilatlarının idarə edilməsi sahəsində yeni mexanizmlərin yaradılmasını təmin etmək məqsədi ilə təşkil olunacaq.

Konqresdə iştirak etmək üçün https://forms.gle/4BBuK39auSEx9Xqm7 linki vasitəsilə qeydiyyatdan keçmək mümkündür.

Qeyd olunub ki, konqresdə ancaq gənclər təşkilatlarının rəhbərləri iştirak edə bilərlər.

Paylaş
Burada sizin reklamınız ola bilər