Bölgə xəbərləri

Tovuzda avtoservis yanıb

16 iyul / 10:42 1 dəq
62d1b0ceb98a962d1b0ceb98ab16579094548b5d97d59ac8eae923735bfaec6d1b83
16 iyul / 10:42
Burada sizin reklamınız ola bilər

Tovuzda yanğın hadisəsi baş verib.

“Qərb Xəbər”in məlumatına görə, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.

Sözügedən ünvanda yerləşən Elburus Həsənova məxsus avtomobil təmiri sexində anidən yanğın olub. Hadisə yerinə FHN-nin yanğınsöndürən texnikası və canlı qüvvəsi cəlb olunub. Yanğın zamanı 200 kvadrat metrlik 3 boksun 150 kvadrat metri, həmçinin təmir sexində olan “Mercedes” markalı mikroavtobus və “Renault Megane” markalı minik avtomobili yanıb. Təmir sexinin qalan hissəsi yanğından mühafizə edilib.

Hadisənin səbəbləri araşdırılır.

Paylaş
Burada sizin reklamınız ola bilər