Bölgə xəbərləri

Tovuzda avtoqəza ölümlə nəticələnib

1 dekabr / 16:04 1 dəq
0fd5e8ec 7672 3860 a65f a372f3585c66
1 dekabr / 16:04
Burada sizin reklamınız ola bilər

Tovuz rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin yaydığı məlumata görə, hadisə noyabrın 30-da saat 19 radələrində Tovuz rayonunun Aşağı Öysüzlü kəndi ərazisində qeydə alınıb.

Kənd sakini Ə.Hüseynov idarə etdiyi “KrAZ” markalı avtomobillə yolu keçən həmkəndlisi Mehman Məmmədovu vurub.

Piyada aldığı xəsarətlər nəticəsində xəstəxanaya yerləşdirilib və orada ölüb.

Tovuz RPŞ tərəfindən araşdırma aparılır.

Paylaş
Burada sizin reklamınız ola bilər