Bölgə xəbərləri

Tovuzda ağır yol qəzası baş verib

28 iyun / 09:44 1 dəq
925ca2e7eee5d39
28 iyun / 09:44
Burada sizin reklamınız ola bilər

“Qərb Xəbər”in məlumatına görə,Tovuz  rayonun Aşağı Quşçu kəndində “VAZ-2106” markalı iki avtomobilin toqquşması nəticəsində, 1997-ci il təvəllüdlü Hümbətov Həzirətabbas Yaşar oğlu və 2005-ci il təvəllüdlü Atayev Aykut Sahib oğlu hadisə yerində dünyasını dəyişiblər.

Daha 3 nəfər – 2009-ci il təvəllüdlü Hüseynov Uğur Rafiq oğlu, 2001-ci il təvəllüdlü Elşən Quliyev və 2002-ci il təvəllüdlü Nurlan Abbasov müxtəlif bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdiriliblər.

Qeyd edək ki, xəsarət alanların vəziyyəti orta-ağır və ağır qiymətləndirilir.

Faktla bağlı araşdırmalara başlanılıb.

Paylaş
Burada sizin reklamınız ola bilər