Tovuzda 26 yaşlı oğlan güllələnib
Tovuz sakini güllələnib.
“Qərb Xəbər”in məlumatına görə, hadisə rayonun Muncuqlu kəndində qeydə alınıb. Kənd sakini, 1997-ci il təvəllüdlü Turan Rüstəmov aldığı güllə yarasından ölüb.
İlkin məlumatına görə, hadisə silahla ehtiyatsız davranma nəticəsində baş verib.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub.




