Hadisə

Tovuz sakinləri iki gündür işıqsız qalıb

25 may / 20:45 1 dəq
416162930
25 may / 20:45
Burada sizin reklamınız ola bilər

Mayın 24-də əsən güclü külək Tovuz rayonunda elektrik enerjisinin verilməsində problemlər yaradıb. 

“Bölgənin Səsi” saytının məlumatına görə, rayonun Əsrik dərəsinə daxil olan Hacılar, Muncuqlu, Qaralar, Şıxheybəd, Qoşakənd, Pələngli, Böyükqışlaq dağ kəndlərində elektrik xətləri sıradan çıxıb, işıqlar sönüb.

Kənd sakinləri redaksiyamıza müraciət edərək bildirib ki, iki gündür qaranlıqda qalmalarına baxmayaraq heç bir əlaqədar dövlət strukturu onlarla maraqlanmır:

“Nə rayon icra hakimiyyətindən, nə də “Azərişıq”dan gəlib gedən var. Bizim də işıqlı dünyada yaşamaq haqqımız var, amma görünən odur ki, hələlik taleyimiz sual altındadır”.

Paylaş
Burada sizin reklamınız ola bilər