Bölgə xəbərləri

Tovuz istixanalarında monitorinq keçirilib

14 may / 16:15 1 dəq
9f286210 f030 4cd6 8002 cfb09a15cfb4
14 may / 16:15
Burada sizin reklamınız ola bilər

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən respublika ərazisində fitosanitar vəziyyətin müəyyənləşdirilib qiymətləndirilməsi məqsədilə fitosanitar müşahidələr davam etdirilir.

 AQTA-dan “Report”a verilən məlumata görə, Agentliyin fitosanitar müfəttişləri növbəti müşahidələri Tovuz rayonu Düz Qırıxlı kəndində yerləşən pomidor istixanalarında aparıblar. 

Monitorinq zamanı xüsusi karantin rejiminin qaydaları nəzərə alınmaqla istixana əməkdaşlarına örtülü sahədə təhlükəli zərərverici sayılan pomidor lağımlayıcı güvəsi haqqında geniş məlumat verilib. 

Bundan başqa, pestisid və aqrokimyəvi maddələrdən istifadə zamanı texniki təhlükəsizlik qaydalarına, eləcə də sanitar-gigiyenik normalara ciddi riayət olunması diqqətə çatdırılıb. 

Eyni zamanda pestisid və aqrokimyəvi maddələrin saxlanma şəraitinə baxış keçirilib, bu vasitələrin təlimata uyğun saxlanılması ilə bağlı tövsiyələr verilib.

Paylaş
Burada sizin reklamınız ola bilər