Kateqoriyasız

Tikinti materiallarının istehsalı artıb

17 mart / 14:45 1 dəq
C73579b9 9425 4e07 b257 22a0c7445084
17 mart / 14:45
Burada sizin reklamınız ola bilər

Bu ilin yanvar-fevral aylarında Azərbaycanda 82 milyon manatlıq tikinti materialları istehsal olunub ki, bu da illik müqayisәdә 13,2 % çoxdur.

Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Məlumata görə, 2 ay ərzində ölkədə 410,6 min ton sement istehsal edilib ki, bu da 1 il əvvələ nisbətən eynidir.

Hesabat dövründə asfalt istehsalı 77,6% azalaraq 5,8 min ton, kərpic istehsalı 7,6 % azalaraq 65,3 min kubmetr, gips istehsalı 4 dəfəartaraq 2,8 min ton, əhəng istehsalı 18,4 % artaraq 5,8 min ton, sementdən, süni daşdan və yaxud betondan tikinti bloku və kərpic istehsalı 14,7% artaraq 12,5 min ton, betondan yığma tikinti konstruksiyalarının istehsalı 20,4 % azalaraq 7,4 min kubmetr, emal edilmiş mərmər, travertin, alebastr və onlardan məmulatların istehsalı 65,7 % azalaraq 605,9 min ton, hörmə üçün hazır beton qarışığının istehsalı isə 19,5 % artaraq 269,9 min ton təşkil edib.

Paylaş
Burada sizin reklamınız ola bilər