sağlamlıq

Tez Və Sağlam Arıqlamaq -Əzələ İtirmədən Necə Mümkün Olur?-Elnur Nemətovun yazısı

16 fevral / 11:15 4 dəq
Elnur123
16 fevral / 11:15
Burada sizin reklamınız ola bilər
Əzələ azalanda niyə bədənimizdə “sallanma” hiss edirik?
Çoxumuz arıqlayırıq.
Bəs görəsən niyə gözlədiyimiz rahatlığı tapa bilmirik?!
Hə, düzdür, tərəziyə baxanda təbrikləri görürük – çəkimiz azalıb, əla!
Amma güzgüyə baxanda elə bil nəsə çatmır, o deyildə yənii))
Və həmçinin belə bir şey hiss edirik: sanki bədənin içində boşluq var, hər şey yumşalıb, möhkəmlik itib.
Bu hiss heç də təsadüfi deyil — real, fizioloji səbəblərə görə baş verən prosesdir.
Görəsən niyə belə olur?!
Bu, bədənin piy və əzələ nisbətində balansın pozulması ilə bağlıdır.
Əvvəla gəlin baxaq: piy nədir, rolu nədir və bizə niyə lazımdır?
Piy bədənin yanacaq deposudur.
Bəli, bəzən “artıq kilo” kimi görünə bilər, amma əslində düzgün miqdarda olması son dərəcə vacibdir.
Piyin əsas funksiyaları:
Enerji saxlamaq – bədən enerji üçün piydən istifadə edir, xüsusilə yemək az olduqda.
Daxili orqanları qorumaq – piy orqanların ətrafında yastıq rolunu oynayır, onları zərbədən qoruyur.
İsti saxlamaq – bədən istiliyini qorumağa kömək edir.
Hormon istehsalına dəstək – piy bəzi hormonların istehsalında rol oynayır, bədən funksiyaları üçün vacibdir.
Ona görə qorxmalı olduğumuz piy deyil, onun normadan artıq olmasıdır, yəni miqdarının nəzarətdən çıxmasıdır.
Yaxşı, bəs əzələ nədir və niyə vacibdir?
Bəzən “əzələ” deyəndə ağlımıza sadəcə qol, ayaq və idmançı görüntüsü gəlir.
Amma əslində əzələ bədənin karkası, dayağı və çərçivəsidir.
Əzələlərin əsas funksiyaları:
Skeleti saxlayır
Bədəni dik tutur
Daxili orqanlara dayaq verir
Qarını içəridə tutur
Hərəkət edərkən bədəni sabit saxlayır
Yəni əzələ bədənin möhkəmliyi və stabilliyi üçün həyati əhəmiyyət daşıyır.
Düzgün arıqlamayanda niyə əzələ itir?
Əgər arıqlama prosesi belədirsə:
az yeyirik, kifayət qədər zülal qəbul etmirik,sadəcə ac qalırıq və məşq etmirik – bədən o zaman belə düşünür: “Əzələni saxlamaq mənə baha başa gəlir.”
Nəticədə orqanizm əzələləri azaltmağa başlayır.
Çünki prioritet olaraq yaşamağa üstünlük verir — gözəl görünməyə yox.
Daxildə isə bunlar baş verir:
Əzələ tonusu azalır — yəni normal gərginlik və sərtliyini itirir
Qarın divarı əvvəlki kimi sıx olmur
Daxili orqanlara dayaq zəifləyir
Bu isə pilləkəndən tez-tez enərkən və ya sürətlə hərəkət edərkən “sanki içimdə nəsə yırğalanır, möhkəmlik yoxdur” kimi bir hiss yaradır.
Yaxşı, bəs arıqlayanda gedən piydir, yoxsa əzələ, necə anlamaq olar?
Hə, bax bunlara diqqət etməliyik:
Əgər piy gedirsə:
Bədən daha yığcam görünür
Ölçülər azalır (bel, qarın, omba)
Güc yerində qalır və ya artır
Güzgüdə forma yaxşılaşır
Paltar daha rahat oturur
Halsızlıq olmur
Yəni biz kiçilmirik, toparlanırıq, sadə dildə desək yığır və möhkəmləşdiririk.
Əgər əzələ gedirsə:
Çəkimiz azalır, amma görüntümüz çox dəyişmir
Bədən yumşaq qalır
Dəri boş görünür
Tez yoruluruq
Əvvəl qaldırdığımız çəkini indi qaldıra bilmirik
Qarın öz yerində dayanmır
Bax onda deyirik: arıqladım, amma istədiyim kimi ola bilmədim.
Düzdür, hər kəs tez arıqlamaq istəyir.
Amma yaxşı görünmək xatirinə tələsik çəki atmaq arzusu bizi sağlam və möhkəm bədən quruluşundan uzaqlaşdırmamalıdır.
“Əzələ itirmək asandır, amma onu bərpa etmək və gücləndirmək çətindir.”
Çəki itkisinin əzələ hesabına yox, artıq piy hesabına olması daha sağlam arıqlama hesab olunur.
Hə, əgər tez və sağlam arıqlamaq istəyirsinizsə…….)
Hörmətlə:
Paylaş
Burada sizin reklamınız ola bilər