Dünya

TBMM Sədri Numan Kurtulmuş Azərbaycana səfərə gəlib

12 iyul / 09:27 1 dəq
84db18c3 b22b 3b4b ad69 c04d42afbd10
12 iyul / 09:27
Burada sizin reklamınız ola bilər

Türkiyə Böyük Millət Məclisinin Sədri Numan Kurtulmuş parlament nümayəndə heyəti ilə Azərbaycana səfərə gəlib.

Bu barədə “Qərb Xəbər” Türkiyə mətbuatına istinadən xəbər verir.

N.Kurtulmuş və onu müşayiət edən nümayəndə heyətini Heydər Əliyev Beynəlxalq Hava Limanında Azərbaycan Milli Məclisi Sədrinin birinci müavini Əli Hüseynli, Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Əhliman Əmiraslanov, Azərbaycanın Ankaradakı səfiri Rəşad Məmmədov, Türkiyənin Bakıdakı səfiri Cahit Bağçı və digər rəsmilər qarşılayıblar.

N.Kurtulmuş sabah Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova, Baş nazir Əli Əsədov habelə digər rəsmilərlə görüşəcək.

TBMM sədri Bakıda TÜRKPA Baş Katibliyini, Fəxri Xiyabanı və Şəhidlər Xiyabanını ziyarət edəcək.

Qeyd edək ki, N.Kurtulmuş Azərbaycandan əvvəl Şimali Kipr Türk Cümhuriyyətinə səfər edib.

Paylaş
Burada sizin reklamınız ola bilər