Bölgə xəbərləri

Tbilisidə Saakaşvilinin məhkəməsi keçirilir

22 dekabr / 11:46 1 dəq
63a4089188c6063a4089188c61167169448163a4089188c5e63a4089188c5f
22 dekabr / 11:46
Burada sizin reklamınız ola bilər

Tbilisi Şəhər Məhkəməsində Gürcüstanın həbsdə olan üçüncü Prezidenti Mixeil Saakaşvilinin cəzasının təxirə salınması ilə bağlı məhkəmə iclası keçirilir.

“Qərb Xəbər” “APA”ya istinadən bildirir ki, M. Saakaşvili səhhətindəki problemlərlə əlaqədar iclasa müalicə aldığı klinikadan onlayn şəkildə qoşulub. Məhkəmədə Saakaşvilini müayinə edən ekspertlərin dinləniləcəyi qeyd olunub.

Keçmiş Prezidentin valideynləri və tərəfdarları da məhkəmədə iclasında iştirak edirlər.

İclasla eyni vaxtda “Vahid Milli Hərəkat” partiyasının nümayəndələri və Saakaşvilinin tərəfdarları Tbilisi Şəhər Məhkəməsinin binasının ətrafına toplaşıblar.

Paylaş
Burada sizin reklamınız ola bilər