Tbilisidə polis etiraz aksiyasını dağıdıb
Tbilisinin mərkəzi küçələrindən biri olan Çavçavadze prospektində müxalifətin davam etdirdiyi itaətsizlik aksiyanı səhər saatlarında polis dağıdıb.
Qerbxeber.com Gürcüstan mediasına istinadən xəbər verir ki, aksiyanı dağıtmazdan əvvəl polis ictimai təhlükəsizlik baxımından xəbərdarlıq edib.
Daha sonra su şırnağı maşını, xüsusi təyinatlı qüvvələr və polis əməkdaşları aksiyanı dağıdaraq, ərazidə qurulan çadırları aradan qaldırıblar.
Hadisə nəticəsində yaralanan və saxlanılanlar olub.




