Bölgə xəbərləri

Tbilisidə oturaq aksiya növbəti 24 saat daha davam edəcək

18 noyabr / 23:03 1 dəq
Aksiya yeni tbilisi
18 noyabr / 23:03
Burada sizin reklamınız ola bilər
Bütün ölkəyə elan edildi: Aksiya növbəti 24 saat daha davam edəcək

“Burada qalırıq. Növbəti 24 saat ərzində burada olacağıq və böyük qələbəyə qədər mübarizəmizi davam etdirəcəyik”.

Qerbxeber.com Aktual.ge-yə istinadən xəbər verir ki, bu barədə müxalif “Vahid Milli Hərəkat” partiyasının liderlərindən biri Giorgi Vaşadze Tbilisinin Çavçavadze prospektində 24 saatdan artıqdır davam edən akaiyada çıxışı zamanı məlumat verib.

“Prezidentin mövqeyini tam dəstəkləyirik. Seçkilər nə ölkə daxilində, nə ölkə xaricində, nə müxalifət tərəfindən, nə də prezident tərəfindən legitim hesab olunmur. Bu gün Gürcüstanı tamamilə özünü lider elan etmiş şəxslər idarə edir. Buna görə də bizim mübarizəmiz sona qədər olacaq ki, siz – gürcü xalqı qalib gələsiniz. Və bilin ki, hər bir addımımıza böyük məsuliyyətlə yanaşacağıq” – Giorgi Vaşadze qeyd edib.

Paylaş
Burada sizin reklamınız ola bilər