Tbilisidə “Gürcüstan səni yenidən qoruyacağıq” adlı aksiya keçirilib
Qerbxeber.com Aktual.ge-ə isyinadən xəbər verir ki, hazırda Tbilisinin Rustaveli prospektində toplaşanlar vətəndaşlara ölkənin beşinci prezidenti Salome Zurabişvili müraciət edib.
Tbilisidə keçirilən 26 May tədbirinə Avropa Parlamentinin üzvü Rasa Yukneviçiene də qoşulub.
Bu gün gün ərzində beşinci prezident Salome Zurabişvilinin, müxalifət partiyalarının və vətəndaş cəmiyyətinin təşkilatçılığı ilə bir sıra tədbir və yürüşlər keçirilib. Paytaxtın bir neçə məntəqəsindən yürüşlər və keçidlər təşkil olunub və nəticədə vətəndaşlar qanunverici orqanın qarşısında toplaşıblar.
Qeyd edək ki, bu gün davamlı etirazın 180-ci günüdür. Vətəndaşlar 28 noyabrdan bu günə qədər hər gün küçəyə çıxaraq etirazlarını bu şəkildə ifadə edirlər. Etirazçıların iki tələbi var: Yenidən parlament seçkilərinin keçirilməsi və aksiyalar zamanı saxlanılan nümayişçilərin azadlığa buraxılması.






