Bölgə xəbərləri

Tbilisidə Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunan Yeni il konserti baş tutacaq

22 dekabr / 11:24 1 dəq
80b0320ca6c04a276b72150bb00fe12a
22 dekabr / 11:24
Burada sizin reklamınız ola bilər

Dekabrın 28-də saat 19:00-da Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunan “Gücümüz Həmrəyliyimizdədir” adlı Yeni il konserti keçiriləcək.

“Qərb Xəbər” məlumat verir ki, konsert proqramının təşkilatçısı Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyət Muzeyidir.

Konsert proqramında gürcü və azərbaycanlı sənəd adamları çıxışlar edəcəklər. Çıxış edənlər arasında sevilən müğənni Dito Kisişvili, hər kəsin sevimlisi Aşıq Nargilə, Azərbaycanın əməkdar artistləri Nərgiz Əliyeva və Fəridə Məlikova, sevilən müğənni Mişo Cavaxişvili, populyar, sevilən müğənni Veriko Turaşvili, “Ceyran” rəqs ansambılı, “Melitassy” rəqs ansambılı və xüsusi qonaqlar olacaq.

24News.ge

Paylaş
Burada sizin reklamınız ola bilər