Bölgə xəbərləri

Tbilisidə Azərbaycan Xalq Cümhuriyyətinin yaradıcılarından olan Fətəli Xan Xoyskinin xatirəsi anılıb

20 iyun / 15:08 1 dəq
449e0ff4c53f9e21fd6e3375adaf5295
20 iyun / 15:08
Burada sizin reklamınız ola bilər

Dünən Gürcüstanın paytaxtı Tbilisidə Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaradıcılarından biri, o cümlədən Azərbaycanın ilk baş naziri kimi tarixə düşən Fətəli Xan Xoyskinin qətlinin 102-ci ildönümü anılıb.

“Qərb Xəbər” “24News.ge”ə isinadən xəbər verir ki, Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev, səfirlik əməkdaşları və jurnalistlər görkəmli dövlət və siyasi xadimin Nəbatat bağındakı məzarı ziyarət olunub. Səfir Faiq Quliyev jurnalistlərə açıqlamasında deyib ki, AXC banilərinin əziz xatirələri hər zaman böyük hörmət və ehtiramla anılır və SOCAR şirkətinin Gürcüstan nümayəndəliyi tərəfindən 2012-ci ildən panteon xüsusi nəzarətə götürülüb.

Paylaş
Burada sizin reklamınız ola bilər