Qerbxeber.com Aktual.ge-yə istinadən məlumat verir ki, dünən etirazçılar əllərində Gürcüstan və Avropa İttifaqı bayraqları ilə aksiyaya gəlməyə davam ediblər.
Qeyd edək ki,ötən gün də hüquq-mühafizə orqanlarının əməkdaşları Parlamentin ətrafına cəlb olunub.
Xatırlatma:
28 noyabrda Gürcüstanın Baş naziri İrakli Kobaxidze bəyan edib ki, hökumətin qərarına əsasən, ölkə 2028-ci ilin sonuna qədər Avropa İttifaqı ilə danışıqlara başlamayacaq və bu müddət ərzində heç bir büdcə qrantı qəbul etməyəcək.
Baş nazirin bu açıqlamasından sonra ölkədə etiraz dalğası yaranıb. 28 noyabrdan bəri Tbilisi, Batumi və digər iri şəhərlərdə hökumətin Avropa İttifaqına üzvlüklə bağlı danışıqları dayandırmasına qarşı etiraz aksiyaları davam edir. Ən izdihamlı aksiyalar isə 28 noyabr tarihindən bəri Tbilisidə keçirilir.