Dünya

Tailand girov götürülən vətəndaşları üçün HAMAS-la birbaşa danışıqlar aparıb

2 noyabr / 13:16 2 dəq
6543663d684056543663d6840616989159016543663d684036543663d68404
2 noyabr / 13:16
Burada sizin reklamınız ola bilər

Tailand HAMAS-ın İsrailə hücum zamanı girov götürdüyü 22 vətəndaşının taleyi ilə bağlı HAMAS-la birbaşa danışıqlar aparıb.

Bu barədə “Qərb Xəbər” Times of Israel”ə istinadən xəbər verir ki, danışıqlar oktyabrın 26-da Tehranda keçirilib.

Danışıqlarda iştirak edən Tailand nümayəndə heyətinin rəhbəri Areepen Uttarasin jurnalistlərə bildirib ki, HAMAS girov götürdükləri tailandlıların “doğru zamanda” azad ediləcəyinə dair söz verib.

Nümayəndə heyətinin rəhbəri deyib ki, görüş iki saat davam edib:

“Mən onlardan (HAMAS-dan – red.) günahsız olduqları üçün onları (tailandlı girovlar – red.) azad etmələrini xahiş etdim. Məni əmin etdilər ki, onlara yaxşı baxılır, amma onların azad olunacağı tarixlə bağlı dəqiq bir şey demədilər”.

Tailand Krallığının Əmək Nazirliyinin məlumatına görə, təxminən 30 min tailandlı İsraildə, əsasən kənd təsərrüfatı sektorunda işləyir.

Xatırladaq ki, oktyabrın 7-də HAMAS-ın İsrailə hücumu zamanı əksəriyyəti mülki şəxslər olmaqla 1400-ə yaxın insanın həlak olub ki, onlar arasında 32 Tailand vətəndaşı var. 19 Tailand vətəndaşı isə yaralanıb.

İ.Babayeva

Paylaş
Burada sizin reklamınız ola bilər