Bölgə xəbərləri

Tahir Kərimli: “Bayrama görə hərəyə 100 manat verilsin”

18 oktyabr / 15:07 1 dəq
Indir (99)
18 oktyabr / 15:07
Burada sizin reklamınız ola bilər

Azərbaycan Xalq Cümhuriyyətinin ildönümü ilə bağlı hər vətəndaşa 100 manat məbləğində pul verilsin”.

“Qərb Xəbər”xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Tahir Kərimli deyib.

Deputat bildirib ki, Neft Fondunda kifayət qədər pul var: “Növbəti təklifim Azərbaycanda doğulan hər bir uşağın adına hesab açılsın və ora vəsait qoyulsun. Bir çox neft-qaz ölkələrində bu təcrübə mövcuddur. Ölkədə 2 milyon 200 min ailə var. Hər bir ailəyə 200 dollar verilsin. Bu, Neft Fondu üçün böyük məbləğ deyil. Neft Fondundakı pulu xalqımız üçün xərcləmək lazımdır. Hökumətimiz xalqın gözündə nüfuzunu çox artırmış olardı. Finlandiyada ali təhsil təhsil pulsuzdur. Təklif edirəm ki, bütün dövlət ali təhsil məktəblərində təhsil pulsuz olsun. Azərbaycan öz vətəndaşlarına təhsili pulsuz versin”. (APA)

Paylaş
Burada sizin reklamınız ola bilər