Kateqoriyasız

Tətil uzadılacaqmı?

17 mart / 15:58 1 dəq
420018942
17 mart / 15:58
Burada sizin reklamınız ola bilər

Təhsil Nazirliyi koronavirusla əlaqədar ümumtəhsil müəssisələrində tətilin mayın 31-dək dayandırılacağı barədə yayılan məlumatlara münasibət bildirib.

Nazirliyin mətbuat katibi Cəsarət Valehov qeyd edib ki, sosial şəbəkələrdə Təhsil Nazirliyinin loqosundan istifadə etməklə ümumtəhsil müəssisələrində tətilin mayın 31-dək davam edəcəyi, tələbələrin bütün akademik borclarının ləğv ediləcəyi və imtahanlardan azad ediləcəyi barədə məlumatlar yayılıb.

“Lakin bu məlumatlar qeyri-ciddidir və düzgün deyil. Biz əhaliyə müraciət edərək bildiririk ki, yalnız rəsmi mənbələrin verdiyi məlumatlara inansınlar və belə məlumatlara əhəmiyyət verməsinlər. Tədrislə bağlı hər hansı yeni məlumat veriləcəyi təqdirdə bu barədə ictimaiyyətə rəsmi məlumat veriləcək”, – deyə Valehov qeyd edib.

Paylaş
Burada sizin reklamınız ola bilər