Bölgə xəbərləri

Tərəvəzin ucuzlaşması gözlənilir

10 aprel / 13:42 1 dəq
C6831ec8 9fe7 4ac9 999b 89949cb720d2
10 aprel / 13:42
Burada sizin reklamınız ola bilər

“Azərbaycanda faraş tərəvəzlərin yığım dövrü başlayıb”.

Bunu İTV-nin efirində Kənd Təsərrüfatı Nazirliyi yanında Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun direktoru Elmar Allahverdiyev bildirib.

“Artıq Bərdədə soğan yığımına start verilib. Faraş xiyarın da artıq yığımı gedir. Bir neçə gündən sonra Cəlilabad və Şəmkirdə faraş kartofun yığımı başlanılacaq. Bununla da bazarda tərəvəz ucuzlaşacaq. Onu da deyim ki, koronavirus pandemiyası ilə əlaqədar tətbiq edilən məhdudiyyətlər aqrar məhsulların ixracında müəyyən çətinliklər yaradır.  İxacatçılar məhsulları daxili bazara yönəldirlər, bunun da müsbət tərəfi var, ölkədə məhsul bolluğu yaradır və qiymət aşağı düşür”, – o deyib.

Paylaş
Burada sizin reklamınız ola bilər