Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Bölgə xəbərləri

Tələyə düşdük: status getdi, ruslar da çıxır – Martirosyan

7 dekabr / 12:40 3 dəq
1090033
7 dekabr / 12:40
Burada sizin reklamınız ola bilər

Əgər Rusiya Qərblə hazırkı qarşıdurmada zəifləsə, o zaman Gürcüstan və Azərbaycandan qoşunlarını əvvəllər çıxardığı kimi, sülhməramlılarını da Qarabağdan çıxaracaq.

“Qərb Xəbər” Axar.az-a istinadən xəbər verir ki, bu sözləri erməni mediasına açıqlamasında danışıqlar üzrə ekspert Artur Martirosyan deyib.

Onun sözlərinə görə, hər şey Qarabağdakı sülhməramlıların Rusiyanın ekzistensial marağına cavab verib-verməməsindən və ya onunla alver etməyin mümkün olub-olmamasından asılıdır:

“Nədənsə biz (ermənilər – red.) hesab edirik ki, sülhməramlıların mövcudluğu daimi xarakter daşımalıdır. Halbuki beynəlxalq münasibətlərdə belə şey olmur. 2025-ci ilə qədər Rusiyada nə dəyişəcək? Sabah Rusiyanın maraqları dəyişə bilər. Bakı sülhməramlıları gözdən salır və istisna deyil ki, 2025-ci ildən sonra onların Qarabağdan çıxarılması artıq müzakirə olunub”.

Martirosyan rus sülhməramlıların mövqelərinin zəif olduğunu da qeyd edib:

“Onlar heç vaxt güc tətbiq etməyəcək, bu isə Qarabağdakı ermənilərin narazılığına səbəb olacaq, Ermənistanda isə düşünəcəklər ki, sülhməramlılar öz vəzifələrinin öhdəsindən gəlmir. Ona görə də ən pis varianta hazırlaşmaq lazımdır.

Siz başa düşməlisiniz ki, 2025-ci ildə sülhməramlılar indi etdiklərini etməyə bilərlər. Bu halda Azərbaycan güc tətbiq edəcək”.

O vurğulayıb ki, Ermənistan Rusiyanı arbitr kimi görür, ancaq Moskva üzərinə belə bir funksiya götürməyib:

“Rusiya yalnız vasitəçidir, arbitr deyil, vasitəçi isə tərəfləri güclə heç nəyə məcbur edə bilməz. Vasitəçi təklif verə, inandırmağa çalışa bilər. Ermənistan buna hazır olmalıdır. Lavrov deyir ki, biz Qarabağın statusunu gələcəyə saxlamağı təklif edirdik, ancaq İrəvan digər variantlar ətrafında müzakirələr apardı, sonra yenə Moskva variantına qayıtdı, ancaq artıq Rusiya əvvəlki təklifləri davam etdirə bilməz. Çünki Paşinyan Əliyevin siyasətinə uyaraq, Qərbdə müəyyən danışıqlara razılaşaraq, Rusiyaya problem yaradıb. Əliyev Moskvaya Qərbdəki danışıqların səbəblərini izah edə bilər, lakin Paşinyanın izahatları Rusiya üçün qəbuledilməz olacaq, çünki Moskvanın Ermənistandan gözləntiləri fərqlidir”.

“Qərb Xəbər”

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı