Təhsil Nazirliyi yüksəksürətli internetlə çıxışa 4 milyon manat xərcləyəcək
Təhsil Nazirliyinin Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi məktəblərin yüksəksürətli internetə çıxışı, o cümlədən pandemiya dövründə şagirdlərin distant təhsilə cəlb olunması üçün təhsil müəssisələrinin fiber optik kabellə internetə qoşulması ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.
“Qərb Xəbər” dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, tenderin qalibi “BTH” MMC-dir.
Qalib şirkətə 3,994 milyon manat ödəniləcək.




