Kateqoriyasız

Təhsil işçilərinin əməkhaqları artırılıb

17 dekabr / 16:17 1 dəq
2021 09 14 12 37 43uG9yg9FsdVFW8oyjHEht file
17 dekabr / 16:17
Burada sizin reklamınız ola bilər

Prezident İlham Əliyev “Dövlət ümumi təhsil müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin, o cümlədən həmin müəssisələrin direktor və direktor müavinlərinin, habelə gənclərin çağırışaqədərki hazırlıq rəhbərlərinin əməkhaqlarının artırılması haqqında” Sərəncam imzalayıb.

“Qərb Xəbər”in məlumatına görə, sərəncamla 2022-ci il yanvarın 1-dən Azərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşən dövlət ümumi təhsil müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin, həmin müəssisələrin direktor və direktor müavinlərinin aylıq vəzifə maaşları orta hesabla 20 %, gənclərin çağırışaqədərki hazırlıq rəhbərlərinin aylıq vəzifə maaşları orta hesabla 40 % artırılır.

Paylaş
Burada sizin reklamınız ola bilər