Dünya

Təbriz Universitetinin müəllimləri Pezeşkiana müraciət etdi

4 mart / 14:49 1 dəq
Mesud Pezeshkian
4 mart / 14:49
Burada sizin reklamınız ola bilər

İran parlamentinin qeyri-fars dillərin tədrisi ilə bağlı qanun layihəsini qəbul etməməsindən sonra Təbriz Universitetinin müəllimləri İran Prezidenti Məsud Pezeşkiana müraciət ediblər.

Qerbxeber.com xəbər verir ki, bu barədə Təbriz mediası məlumat yayıb.

Müraciəti imzalayan 192 nəfər İran prezidentindən ana dillərin tədrisini nəzərdə tutan Konstitusiyanın 15-ci maddəsinin icra edilməsini tələb ediblər.

Qeyd edək ki, fevralın 26-da İran parlamentinin açıq iclasında qeyri-fars dillərin həftədə 2 saat tədrisini nəzərdə tutan qanun layihəsi səsvermədən keçməmişdi.

Paylaş
Burada sizin reklamınız ola bilər