Bakı-Qroznı marşrutu üzrə hərəkət edən AZAL təyyarəsi Qroznı şəhərinə yaxınlaşan zaman hücuma məruz qalıb.
Qerbxeber.com bildirir ki, bu barədə Axar.az Caliber.az-ın məlumatına istinadən xəbər yayıb.
Qeyd olunur ki, Rusiya tərəfindən elektron sistemlərdə məhdudiyyətlərin tətbiq edilməsi təyyarənin rabitə sistemini iflic edib. Həmçinin təyyarəyə “Pantsir” qəlpələri dəyib.
Məlumata görə, Rusiya HHM-ləri Ukrayna PUA-larını vurmağa çalışırmış.