Əvvəli “Qərb Xəbər”in “Yazarlar” bölümündə
Parifyadan başqa tarixdə bir neçə iskit- sak dövləti olmuşdur. Bu köçəri tayfalar atla nə qədər yol qət etmək mümkünsə o qədər yerlərdə görünüblər. Indiki Ön Asiya, Yaxin Şərq, Orta Şərq, Mərkəzi Asiya, hətta Şimali Hindistan. Bəli, Hindistanın ilk prezidenti Cəvhirlər Nehru həbsxanada yazdığı “Ümumdünya tarixinə dair məktublar”ında saklar haqqında da bəhs edir.
O yazırdı: “Eramızın başlanmasından əvvəl 200 il ərzində Hindistana bir neçə hərbi basqın olmuşdu. Amma sən nəzərdə tutmalısan ki, bu basqınlar ancaq istila və qənimət xatirinə deyildi. Bu xalqlara yerləşmək, məskunlaşmaq üçün torpaq lazım idi. Mərkəzi Asiyanın əksər qəbilələri köçəri olduğundan bu qəbilələr sayları artdıqca yaşadıqları torpaq sahələri onları dolandıra bilmirdi. Buna görə də başqa yerlərə köçmək və yeni-yeni torpaq sahələri axtarmaq məcburiyyətində qalırdılar“.
Cəvahirlər Nehru daha sonra yazır: “Sonralar sayı-hesabı olmayan saklar bütün Şimali və Qərbi Hindistana yayıldılar. Saklar iri köçəri türk tayfalarındandır. Başqa bir iri tayfa olan kuşanlar onları otlaqlardan sıxışdırıb çıxarmışdılar. Baktriyaya və Parfiyaya doluşan saklar yavaş-yavaş Şimali Hindistanda, daha dəqiq desək, Pəncabda, Racputanda və Kathiavarda məskən saldılar. Hindistan sakları mədəniləşdirdi və onlar öz köçəri vərdişlərindən əl çəkdilər. Hindistana gələn və ölkənin şimalında yerləşən saklar, skiflər və başqa xalqlar haqqında yuxarıda demişdim. Onlar hind xalqının bir hissəsinə çevrildilər.
Elə biz özümüz – Şimali Hindistanın sakinləri də onların nəslindən olduğumuz kimi, həm də arilərin nəslindənik. Gözəl rachəputlar və Kathiavarın qoçaq xalqı onlardan törəyib” Təxminən həmin dövrlərə aid mənbələrə Şu adlı bir sak hökmdarınan bəhs edilir- Balasakun oğlu Şu. Həmin Balasakunun adına da bir şəhər vardı- Balasakun. Sonralar bu şəhər Qaraxanilərin paytaxtı olmuşdu. Böyük Yusif Balasaqunlu bu şəhərdən idi.
“Saklar miladdan öncə VII-III yüzillərdə Orta Şərqdə qüdrətli bir dövlət yaradıblar. Bu ulu türk dövlətinin baş şəhəri Balasaqun idi. Gənc hökmdar Şu Balasaqunda qərar tutub möhtəşəm sarayında dörd bucaqdan gələn elçiləri dəyərli ərmağanlarla qəbul edir, ölkəsini güclü ordu ilə qoruyur, elmli köməkçiləri ilə idarə edirdi. Sarayının önündə ordu bəylərindən gündə 360 növbətçi dururdu. Balasaqun şəhərinin yanındakı böyük Şu qalasını o tikdirmişdi”. Və bu gün həmin Şu şəhəri Qazaxstanda hələ də var. Eyni zamanda Şu çayı da. Əlbəttə Qazaxstanda Şu şəhərinin olması Şuşa şəhərinin onunla bağlı olması demək deyil. Amma həmdə bir bağlılıq var. Axı, təkcə “Şu” məsələsi Qazaxstanla bağlı deyil. Şumerlərin türkdilli olduğunu bir çox dilçilər, tarixçilər qeyd edir. Şumerlərin isə e.ə vıı- vı minillikdə İkiçayarasına məhz Altaylardan, Mərkəzi Asiyadan gəldiyi qəbul edilib. Və Şumerlərdə də Şu şəhəri var. Şumerə aid olan Ur dövlətinin Şu-sin şəhəri. Eyni zamanda Su tayfaları. Hansı ki, son Şumer şəhər dövləti olan Ur şəhər dövlətini süqut etdirmiş Elamları da onlar süqut etdirmişilər. Və Elamlar da Mesopotomiyada bir müddət şumerlərlə iç- içə yaşamışdılar. Elamlarda isə Şuşan şəhəri mövcud idi. Milladdan öncə 3- mininci illərdə meydana çıxan Elam dövləti indiki İranın Xuzistan əyalətində yerləşirdi. Paytaxtı Şusa, Şuşan kimi adlanan bu ölkə yuxarıda da qeyd etdiyimiz kimi şumerlərlə iç-içə yaşayırdı. Bu barədə farsdilli mənbələr qeyd edir: Susa, eramızdan əvvəl dördüncü minilliyin əvvəllərindən tarix səhnəsində varlığını göstərmiş və ən başından mədəniyyət, sənaye, ticarət və siyasi mərkəz kimi qəbul edilmişdir. Susa şəhəri, Elamlılar dövründən, e. ə 640-cı ilə qədər siyasi və dini bir paytaxt olaraq qəbul edilir. Şəhər müəyyən vaxtda Assuriya kralına tabe olmuşdur. Antik Susa şəhəri qədim sivilizasiyanın mərkəzlərindən biri, dünyanın ən məşhur şəhərlərindən biri olub. Elam krallığının paytaxtı və eyni zamanda Əhəmənilər İmperiyasının qış paytaxtı olub. Tarixçi Həmzə İsfahani qeyd edir: Şuş gözəl, aydın, yaxşı və incə bir şəhər deməkdir.
Tövratda və Musanın lüğətində Susa haqqında bəhs olunur: İbrani dilində Susan və ya Susan zanbaq deməkdir. Yunanların Susna adlandırdığı şəhər “Susa” “Sus” kimi adlarla da tanınır. Şəhər Aşşaubanipal tərəfindən dağıdılmışdır. Bir başqa mənbədə isə turukkilər və Şuşarra şəhəri haqqına qeyd edilir:
E.ə 1813-cü ildə hakimiyyətə gələn I Şamşi-Adad özünü dünyanın hökmdarı elan etdi. O ilk qüdrətli Assuriya hökmdarı oldu və qərbdə və şərqdə hərbi əməliyyatlara başladı. Qərbdə Mari hökmdarlarını məğlub etdi və Şimali İkiçayarsında olan şəhərləri tutdu. Öz oğlunu bura hakim təyin etdi. Karxemiş hökmdarı ilə ittifaqa girdi və onunla birlikdə SuriyanınKatna şəhərini tutdu. Katna hökmdarı ilə də ittifaq bağladı və onun qızını oğluna aldı. Qərbdə olan ticarət yolları Assuriyanın əlinə keçdi. Sonra o şərqə tərəf yürüş etdi və əvvəlcə Arrapxa və Şuşarra şəhərlərini tutdu. Lakin Şuşarranı öz əlində saxlaya bilmədi və şəhər turukkilərin əlində qaldı. O, Tukriş hökmdarından və bir sıra Yuxarı İkiçayarasında olan hökmdarlardan xərac almaqla kifayətləndi”
Mənbədə həm turukki, həm də tukriş deyə qədim türklərdən bəhs edilir ki, Şuşarra da bu zaman mövcud idi. Eyni zamanda müasir Turkiyədə Sivas elində Suşehr deyilən yer var. Hansı ki, ermənilər bu qədim şəhərin də “Kiçik Ermənistan”a aid olduğunu iddia edirlər. Ən maraqlısı isə İtaliya tarixi ilə bağlı Şuşa adıdır ki, bu barədə İlhami Cəfərsoyun tədqiqatı diqqətəlayiqdir. Məlum olur ki, hətta İtaliyada da Şuşa şəhəri olmuş, Şuşa mədəniyyəti olmuş, bu gün də onun qalıqları var. Ilhami Cəfərsoyun yazdıqlarına keçmədən öncə İtaliyadakı Şuşa- Susa şəhəri haqda kiçik bir məlumat verək. Şəhər İtaliyanın qədim şəhərlərindən biridir. Müasir Fransa ilə sərhəddə yerləşir. Turin əyalətinin əsas şəhərlərindəndir. Vaxtilə Turin qraflığının mərkəzi olmuşdur. Tarixi Susa qalasının ətrafında formalaşıbdır.