Dünya

Şuşa İƏT-in 2024-cü il üzrə Gənclər Paytaxtı seçilib

10 noyabr / 14:22 1 dəq
654dfadc654f6654dfadc654f71699609308654dfadc654f4654dfadc654f5
10 noyabr / 14:22
Burada sizin reklamınız ola bilər

Qarabağın incisi olan Şuşa şəhəri İslam Əməkdaşlığı Təşkilatının 2024-cü il üzrə Gənclər Paytaxtı seçilib.

“Qərb Xəbər“in məlumatına görə, Gənclər və İdman Nazirliyindən verilən məlumata görə, İslam Əməkdaşlığı Təşkilatı (İƏT) Gənclər Forumunun həyata keçirdiyi “Gənclər Paytaxtı 2024” beynəlxalq proqramının seçim komissiyası tərəfindən 2024-cü il üzrə namizədliyi irəli sürülən Şuşa şəhərinin “İƏT Gənclər Paytaxtı” seçilməsi ilə bağlı yekdilliklə qərar qəbul edilib.

İƏT Gənclər Forumunun İcraiyyə Şurasının 11-ci iclasında gənclər və idman nazirinin müavini Fərhad Hacıyev və Gənclərlə iş şöbəsinin müdir müavini Ülviyyə Axundova iştirak edib.

Paylaş
Burada sizin reklamınız ola bilər