Dünya

Suriya prezidenti sabah Türkiyəyə səfər edəcək

3 fevral / 13:50 1 dəq
9a77265e B4b3 3d25 8d67 389b688cd10b 850
3 fevral / 13:50
Burada sizin reklamınız ola bilər

Suriya prezidenti Əhməd əş-Şəraa fevralın 4-də Türkiyəyə səfər edəcək.

Qerbxeber.com Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə Türkiyənin Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun sosial şəbəkə hesablarında məlumat verib.

“Suriyanın müvəqqəti prezidenti Əhməd əş-Şəra prezident Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə fevralın 4-də Ankaraya səfər edəcək. Danışıqlar zamanı Suriyadakı son hadisələr müzakirə olunacaq, iqtisadiyyatın bərpası, Suriyada davamlı sabitlik və təhlükəsizliyin təmin edilməsi üçün iki ölkənin atmalı olduğu birgə addımlar qiymətləndiriləcək”, – o qeyd edib.

Paylaş
Burada sizin reklamınız ola bilər