Maraqlı

Stoltenberqdən sülh açıqlaması: “Azərbaycanın buna imkanı var”

17 mart / 21:16 1 dəq
Nato baş katibi
17 mart / 21:16
Burada sizin reklamınız ola bilər

“Cənubi Qafqazda sülh region xalqları, Qara dəniz regionu, ümumilikdə isə Transatlantik təhlükəsizlik üçün vacibdir”.

Qerbxeber.com  xəbər verir ki, bunu NATO Baş katibi Yens Stoltenberq Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə mətbuat qarşısında bəyanatla çıxış edərkən deyib.

O bildirib ki, burada sülh, sabitlik önəmlidir:

“Biz tərəflər arasında sülh prosesini təşviq edir və Azərbaycanla Ermənistan arasında dayanıqlı sülhə nail olunacağına ümid edirik. Azərbaycanın sülhü bərqərar etmək imkanı var”.

Alyansın Baş katibi həmçinin Ukraynaya davamlı dəstəyinə görə Azərbaycana təşəkkür edib.

Paylaş
Burada sizin reklamınız ola bilər