Dünya

Stoltenberq İsveçin noyabrın sonuna qədər NATO-ya qəbul edilməsinə çağırıb

24 oktyabr / 15:35 1 dəq
6537a53cce1b86537a53cce1b91698145596103311817ca380987ffade4322cb3293
24 oktyabr / 15:35
Burada sizin reklamınız ola bilər

NATO Baş katibi Yens Stoltenberq İsveçin gələn ayın sonuna qədər Alyansa qəbul edilməsinə çağırıb.

“Qərb Xəbər” məlumat verir ki, bu barədə “Bloomberg“ agentliyi İsveç hökumətinin adı açıqlanmayan nümayəndəsinə istinadən məlumat yayıb.

Agentliyin əldə etdiyi məlumata görə, bu proses, Alyansa üzv ölkələrin xarici işlər nazirlərinin 28-29 noyabrda baş tutacaq görüşündən gec olmayaraq baş verməlidir.

Alyans agentliyin bu məlumatını rəsmi şəkildə şərh etməyib.

Qeyd edək ki, ötən gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsveçin NATO-ya üzvlüyünü ratifikasiya üçün parlamentə göndərib. İndi Türkiyənin rəsmi razılığından sonra Macarıstan da müvafiq qərar verməlidir.

Paylaş
Burada sizin reklamınız ola bilər