Macarıstan Ukraynanın Avropa İttifaqına üzvlüyü üzrə danışıqların ilk mərhələsinin başlanmasına veto qoyacaq”.

Bu barədə Macarıstanın xarici işlər naziri Peter Siyarto Kopenhagendə keçirilən Aİ xarici işlər nazirlərinin görüşündən sonra açıqlama verib.

Onun sözlərinə görə, belə bir qərar (Ukraynanın Avropa İttifaqına üzv olması – red.) Macarıstanın kənd təsərrüfatına ağır zərbə vuracaq:

“Bu addım macar fermerlərini məhv edəcək, ölkənin ərzaq təhlükəsizliyini təhdid edəcək və Ukrayna mafiyasının ölkəyə daxil olmasına imkan yaradacaq. Məhz buna görə biz danışıqların əsl məzmunlu hissəsinə – yəni konkret bölmələrin açılmasına imkan verməyəcəyik.”

Qeyd edək ki, Avropa İttifaqında Ukraynanın üzvlüyü ilə bağlı qərar bütün üzv dövlətlərin razılığı əsasında qəbul olunur.