Bölgə xəbərləri

Şimaldakı yanğınla bağlı son vəziyyət

20 avqust / 10:37 1 dəq
1660976857
20 avqust / 10:37
Burada sizin reklamınız ola bilər

Hazırda Siyəzən rayonunda yanğın davam edir.  

Rayon İcra hakimiyyətindən verilən məlumata görə, dağlıq Yuxarı Ələz istiqamətində kol-kos və meşə ərazisi yanır.

Yanğın nəticəsində Siyəzən rayonunda 30 hektar meşə və kolluq ərazi yanıb. Yanğının kəndlərə keçməsinin qarşısı alınıb. FHN-nin bir helikopteri və 8 yanğınsöndürən avtomobili ərazidə işləyir.

Quba və Şabranda isə bu gün tüstülənmə ocaqlarının tam söndürülməsi işləri aparılır. Qubada Gədikqışlaq və Şabranda isə Çuxurəzəmi kəndlərində tüstülənmə ocaqları qalıb.

Ümumiyyətlə, bölgədə FHN-nin yanğınsöndürmə texnikaları və 3 helikopteri vəziyyətə tam nəzarət edir.

Paylaş
Burada sizin reklamınız ola bilər