Dünya

Si Cinpin G20 sammitində iştirak etməyəcək

4 sentyabr / 08:56 1 dəq
64f55ab2725c564f55ab2725c6169380113864f55ab2725c164f55ab2725c3
4 sentyabr / 08:56
Burada sizin reklamınız ola bilər

ABŞ Prezidenti Cozef Bayden Çin lideri Si Cinpin bu həftə Hindistanda keçiriləcək G20 sammitində iştirak etməməsindən məyusluğunu bildirib.

“Qərb Xəbər” xəbər verir ki, bu barədə “Fox News” məlumat yayıb.

Bununla belə, ABŞ Prezidenti Si Cinpin ilə görüşmək niyyətində olduğunu qeyd edib.

Daha əvvəl “Reuters“ xəbər vermişdi ki, Si Cinpin G20 sammitində iştirak etməyəcək. Çini sammitdə ölkənin Baş naziri təmsil edəcək.

Rusiya Prezidenti Vladimir Putinin də sammiti iştirak etməyəcəyi bildirilir. Onun tapşırığına əsasən, görüşdə Rusiya nümayəndə heyətinə xarici işlər naziri Sergey Lavrov başçılıq edəcək.

Xatırladaq ki, Hindistan 2022-ci il dekabrın 1-dən G20-yə sədrlik edir. G20 sammit sentyabrın 9-10-da Dehlidə keçiriləcək.

Paylaş
Burada sizin reklamınız ola bilər