Yaxın Şərq

SEPAH generalı Azərbaycanla sərhədə baxış keçirdi

23 mart / 10:50 1 dəq
G n heyderi
23 mart / 10:50
Burada sizin reklamınız ola bilər

Xatəm əl-Ənbiya” Mərkəzi Qərargahı komandirinin müavini Keyumərs Heydəri İranın qərb və şimal-qərb sərhədlərinə yoxlama səfəri edib.

Qerbxeber.com Unikal-a istinadən xəbər verir ki, səfər zamanı o, bölmələrin hazırlıq səviyyəsini və sərhəd bölgələrindəki vəziyyəti qiymətləndirib.
Onun sözlərinə görə, quru qoşunları bölmələri maksimum döyüş və mənəvi-psixoloji hazırlıq vəziyyətindədir və istənilən təhlükəyə dərhal reaksiya verməyə qadirdir.
Heydəri sərhəd pozucularının istənilən hərəkətinə və mümkün müdaxilələrə qarşı təhdid səviyyəsindən asılı olmayaraq sürətli və sarsıdıcı cavab veriləcəyini vurğulayıb.
Qeyd edək ki, İran qərbdən İraq, şimal-qərbdən isə Türkiyə, Ermənistan və Azərbaycanla həmsərhəddir.
Paylaş
Burada sizin reklamınız ola bilər