Şavkat Mirziyoyev martın 1-2-də Azərbaycana səfər edəcək
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev martın 1-2-də Azərbaycana səfər gələcək.
“Qərb Xəbər” xəbər verir ki, bu barədə Özbəkistan dövlət başçısının mətbuat xidməti məlumat yayıb.
Azərbaycan tərəfinin sədrliyi ilə keçiriləcək tədbirin gündəliyinə pandemiyanın nəticələrinin davamlı təsiri, habelə beynəlxalq təhlükəsizlik və sabitliyə çağırış, eləcə də təhdidlər şəraitində çoxtərəfli dialoqun inkişafı və əməkdaşlığın genişləndirilməsi məsələləri daxildir.
Özbəkistan Prezidentinin Bakıda dövlət və hökumət rəsmiləri ilə də görüşlər keçirəcəyi planlaşdırılır.





