Qerbxeber.com Aktual.ge-yə istinadla xəbər verir ki, bu barədə ABŞ-ın Helsinki Komissiyasının sədri Co Uilson “X” sosial şəbəkəsində məlumat verib.
“Prezident Salome Zurabişvili və dövlət katibi Marko Rubi kimi iki böyük vətənpərvərin ABŞ-Gürcüstan arasında güclü münasibətləri qorumaq və İvanişvilinin tiran rejimini məğlub etmək üçün görüşmələrinə çox şadam” , – deyə o, yazıb.
Bundan əlavə, Co Uilson Salome Zurabişvilinin ABŞ-ın gələcək Müdafiə naziri Pit Hegset ilə də görüşüyünə dair sosial şəbəkədə paylaşım edib.
Salome Zurabişvili həmçinin, ABŞ-ın seçilmiş Prezidenti Donald Trampın oğlu ilə tanış olub.
“Prezident Salome Zurabişvilini Prezident Donald Trampın oğlu ilə tanış etdiyim üçün xoşbəxtəm. Dünyada çoxlu xeyirxahlıq üçün çalışan iki möhtəşəm insan” , – deyə Co Uilson qeyd edib.


