Ağstafa

Saleh Məmmədov Qazaxda vətəndaşları qəbul edəcək

19 sentyabr / 10:13 1 dəq
19d2f938 05b5 32b6 8954 03c392938a44
19 sentyabr / 10:13
Burada sizin reklamınız ola bilər

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov sentyabrın 23-də Qazax rayonunda vətəndaşları qəbul edəcək.

“Qərb Xəbər” Agentliyə istinadən xəbər verir ki, qəbul saat 11:00-da Qazax şəhərindəki Heydər Əliyev Mərkəzində keçiriləcək.

Qəbulda Qazax, Ağstafa və Tovuz rayonlarının sakinləri iştirak edə bilərlər.

Qəbula yazılmaq istəyənlərin Qazax rayonu “28 №-li Yol İstismarı”, Ağstafa rayonu “27 №-li Yol İstismarı” və Tovuz rayonu “26 №-li Yol İstismarı” MMC -lərində öncədən qeydiyyatdan keçmələri xahiş olunur. Vətəndaşlar qəbula şəxsiyyətini təsdiq edən sənədlə gəlməli və qaldırdıqları məsələlər Agentliyin səlahiyyətlərinə aid olmalıdır.

Paylaş
Burada sizin reklamınız ola bilər