Dünya

Şahramanyanı Qarabağdan sülhməramlılar qaçırıb – Özü açıqladı

31 oktyabr / 14:52 1 dəq
Resize (6)
31 oktyabr / 14:52
Burada sizin reklamınız ola bilər

Özünü buraxmış qondarma “Artsax” separatçılarının sonuncu “prezident”i Samvel Şahramanyan verdiyi müsahibədə Qarabağı necə tərk etməsindən danışıb.

“Qərb Xəbər” “Aravot”a istinadla xəbər verir ki, Şahramanyan Rusiya sülhməramlı kontingentinə məxsus vertolyotla Qarabağı tərk etdiyini bildirib.

Şahramanyan deyib ki, ondan əvvəl qondarma “Artsax”ın “keçmiş prezidentləri” Arkadi Qukasyan, Bako Saakyan və Arayik Arutyunyanın da helikopterlə Ermənistana getməsi üçün danışıqlar aparılıb, lakin Azərbaycan tərəfi buna razı olmayıb.

R.Carçılı

Paylaş
Burada sizin reklamınız ola bilər