Hadisə

Şahnaz Bəylərqızı barəsində həbs qətimkan tədbiri seçilib

6 fevral / 15:26 2 dəq
6f36203a Dc60 3905 B608 Fe14dfde9fe9 850
6 fevral / 15:26
Burada sizin reklamınız ola bilər

“Toplum TV” işi üzrə saxlanılan Şahnaz Bəylərqızı barəsində həbs qətimkan tədbiri seçilib.

Qerbxeber.com məlumatına görə, bu barədə qərar Xətai Rayon Məhkəməsində verilib.

Qərara əsasən, o, 3 ay 15 gün müddətə həbs edilib.

Qeyd edək ki, Şahnaz Bəylərqızı ötən gün saxlanılıb. O, Cinayət Məcəlləsinin qaçaqmalçılıq maddəsi ilə ittiham olunur.

Xatırladaq ki, ötən il Toplum TV” internet televiziyasının yerləşdiyi ofisdə və daha bir neçə ünvanda Daxili İşlər Nazirliyi tərəfindən əməliyyat keçirilib. DİN-in yaydığı məlumatda bildirilib ki, paytaxtın Nərimanov rayonu Y.V.Çəmənzəminli ev 98 B ünvanında yerləşən ofisdə və əlavə digər ünvanlarda bir qrup şəxsin fəaliyyəti ilə bağlı daxil olan məlumat üzrə polis əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri keçirilib.

Akif Qurbanov, Ələsgər Məmmədli və daha bir neçə nəfər saxlanılıb.

Onlara qarşı Cinayət Məcəlləsinin 206.3.2 (qaçaqmalçılıq qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi açılıb.

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı