Elm və Texnologiya

Sabahdan xaricdə doktorantura təhsilinə dair sənəd qəbulu başlayır

31 yanvar / 17:37 1 dəq
Imta
31 yanvar / 17:37
Burada sizin reklamınız ola bilər

Sabahdan “2019-2023 Dövlət Proqramı” çərçivəsində xaricdə doktorantura təhsilinə dair sənəd qəbulu başlayır.

“Qərb Xəbər” xəbər verir ki, Elm və Təhsil Nazirliyi nəzdində Dövlət Proqramı İdarəetmə Qrupu “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində nüfuzlu xarici ali təhsil müəssisələrində prioritet ixtisas istiqamətləri üzrə doktoranturaya qəbul olmağa hazırlaşan və ya hazırda təhsil alan Azərbaycan vətəndaşlarını bu il üzrə həyata keçiriləcək ilk sənəd qəbulunda iştirak etməyə dəvət edir.

Proqrama müraciət üçün tələb olunan sənədlərin siyahısı elana dair ətraflı məlumat  qeydiyyat linki müvafiq keçidlərdən əldə oluna bilər.

Proqrama müraciət 1 fevral – 1 aprel tarixlərini əhatə edəcək.

Paylaş
Burada sizin reklamınız ola bilər