Bölgə xəbərləri

“Sabah” “Turan Tovuz”la, “Neftçi” “Səbail”lə qarşılaşacaq

16 sentyabr / 10:34 2 dəq
F8cbc3da 9d33 33b9 87da 34d962e3ef46
16 sentyabr / 10:34
Burada sizin reklamınız ola bilər

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında VII tura start veriləcək.

“Qərb Xəbər”in məlumatına görə, ilk oyun günündə 2 görüş keçiriləcək.

Günün ilk matçında “Sabah” “Turan Tovuz”u qəbul edəcək. Hazırda paytaxt klubu 13 xalla 3-cü sırada qərarlaşıb. Bölgə təmsilçisi isə 10 xalla 3-cüdür. Komandalar bunadək Premyer Liqada üz-üzə gəlməyiblər.

Günün digər oyununda isə 15 xalla 2-ci pillədə yer alan “Neftçi” 5 xalla 7-ci sırada gedən “Səbail”in qonağı olacaq.

İki komanda indiyədək ölkə çempionatında 19 dəfə qarşılaşıb. Bunların 14-də “ağ-qaralar”, 2-də “dənizçilər” qələbə qazanıb. 3 qarşılaşmada qalib müəyyənləşməyib. Topların nisbətində də Laurentsiu Regekampfın baş məşqçi olduğu kollektivin aşkar üstünlüyü var – 41:11.

“Neftçi” son 8 görüşdə qalib gəlib. “Səbail” ardıcıl 12 qarşılaşmada qələbə qazana bilməyib.

16 sentyabr

18:00. “Sabah” – “Turan Tovuz”
Hakimlər: Rauf Cabarov, Cavanşir Yusifov, Kamran Bayramov, Kamranbəy Rəhimov
VAR: Cavid Cəlilov
AVAR: Eyyub İbrahimov
Hakim-inspektor: Zöhrab Qədiyev
“Bank Respublika Arena”.

Paylaş
Burada sizin reklamınız ola bilər